FASSİOLYOZ xəstəliyinə qarşı necə mübarizə aparılmalı – mütəxəssis məsləhəti
2022-01-31 00:00:00
Fassiolyoz xəstəliyini heyvanların qaraciyərində parazitlik edən sorucu qurdlar-fassiolalar törədir. El arasında bu xəstəliyə qaraciyər qurdu, bəzən kəpənəkli ciyər də deyirlər. Bu xəstəliyə respublikanın bütün rayonlarında təsadüf etmək olar. Fassiolyoz xəstəliyinə qaramal, camış, zebu, qoyun və keçilər yoluxurlar.
Əlamətləri:
Mübarizə tədbirləri. Fassilyoza qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin aparılması heyvanların (sürü və naxırın) sağlamlığına zəmin yaradır. Bununla əlaqədar fermerlər və fərdi sahibkarlar rayon (şəhər) heyvan saglamlığı və baytarlıq xidmətləri idarələrinə müvafiq məsləhət və tövsiyə almaq, eləcə də heyvanlarının müalicəsi üçün müraciət edə bilərlər.
Fassiolyoza qarşı profilaktiki dehelmitizasiyanın aparılması vaxtı hər bir bölgənin epizootoloji vəziyyəti nəzərə alınmaqla rayonun, təsərrüfatın baytar həkimləri tərəfindən müəyyənləşdirilə bilər.
Tövsiyə. Qeyri-sağlam təsərrüfatlarda profilaktiki dərmanlama aşağıdakı vaxtlarda aparılmalıdır:
həmcinin, yaylaq və qışlaqlardan istifadə edən köçəri qoyunçuluq təsərrüfatlarında da heyvanlar ildə iki dəfə mart-aprel və oktyabr-noyabrda dərmanlanmalıdır;
Qeyd edək ki, heyvanlarda fassilyoz xəstəliyinə qarşı müalicə-profilaktika işləri heyvan sahibinin hesabına aparılır.
Aqrar Xidmətlər Agentliyi fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, bu və ya digər xəstəliklərə qarşı aparılan tədbirlər baytar həkiminin təyinatı, tövsiyəsi və iştirakı ilə aparılmalıdır.
Respublikada dabaq xəstəliyinə qarş...
2020-04-03 00