Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Gürcüstan Respublikasında keçirilən təlimdə iştirak edib
2022-09-28 00:00:00
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkələrin idarə olunmasının təkmilləşdirilməsi Proqramı” çərçivəsində Gürcüstan Respublikasında cari ilin sentyabr ayında “Qafqazda və Mərkəzi Asiyada Çəyirtkələrin İdarə edilməsi Sistemi (CCALM) və Avtomatlaşdırılmış Məlumat Toplama Sistemi (ASDC) daxil olmaqla Çəyirtkələrin monitorinqi və məlumatların idarə edilməsi” və “Çəyirtkələrə qarşı dərmanlamaların aparılması və pestisidlərin mənfi təsirinin azaldılması” mövzularında təlimçilərin hazırlanması üzrə iki regional sessiya təşkil edilib. Tədbirdə Qafqaz ölkələrindən 24 nəfər mütəxəssis, o cümlədən Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak edib. Təlimdə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri “Çəyirtkələrin biologiyası, ekologiyası və monitorinqi, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) və Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrin idarə edilməsi (CCALM) sistemi, “Çəyirtkələrə qarşı dərmanlamalarda pestisidlərin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC)”, “Çəyirtkələrlə mübarizədə yerüstü UKH çiləmələrin səmərəli tətbiqi və Mikroner çiləyicilərin üstün cəhətləri” mövzuları üzrə təqdimatla çıxış edərək ətraflı məlumatlar verib və bununla bağlı geniş müzakirələr aparıblar.
Təlim iştirakçıları regional sessiyalarda çəyirtkələrin monitorinqi və məlumatların idarə edilməsi, dərmanlamaların aparılması və pestisidlərin mənfi təsirinin azaldılması və çiləyici texnikanın nizamlanması mövzuları üzrə müvafiq biliklərə yiyələnmişdir. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
Hazırlanmış təlimçilər tərəfindən milli səviyyədə təlimçilərin hazırlanması istiqamətində çəyirtkələr yayılmış rayonların mütəxəssisləri və fermerlərin iştirakı ilə təlimlərin təşkil olunması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi fumiqasiy...