Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev toxumluq taxıl sahələrinə baxış keçirib
2024-06-07 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Hacıqabul rayonunda toxumluq taxıl sahələrinə baxış keçirib, aprobatorlarla görüşüb, aprobasiyanın metodik qaydalara uyğun olaraq aparılması və sənədləşmənin tərtibatı ilə yerində tanış olub. Aprobatorlara toxumluq sahələrdə aprobasiyanın vaxtında, keyfiyyətli, şəffaf, mövcud təlimata uyğun aparılması barədə müvafiq tapşırıq və tövsiyələr verib.
Bildiririk ki, Hacıqabul rayonu üzrə 1867 hektar toxumluq taxıl sahə EKTİS üzərindən bəyan edilmişdir. Ondan 727 hektarını buğda, 1140 hektarını isə arpa təşkil edir. Rayon üzrə ümumi toxumluq taxıl sahəsindən bugünədək, 848 hektarında aprobasiya aparılıb.
Lənkəranda çəltik əkinlərində alaq...