Lerik rayonunda heyvanlar arasında peyvəndləmə tədbirləri davam etdirilir
2020-06-16 00:00:00
Lerik rayonunda qarayara xəstəliyinə görə 33611 baş iribuynuzlu heyvan, 77946 baş xırdabuynuzlu heyvan, 272 baş at, 1547 baş ulaq və 507 baş qatır peyvənd edilib.
2020-ci ilin ilk günlərindən indiyə kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Azərbaycan Respublikası ərazisində heyvanların (mal-qaranın, quşların, balıqların, arıların, vəhşi heyvanların və s.) müxtəlif xəstəliklərdən qorunması və onların müalicəsi, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi məqsədi ilə zəruri profilaktik, müalicə və baytarlıq-sanitariya tədbirlərini həyata keçirir.
Təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Agentliyin Lerik Rayon Baytarlıq İdarəsi cari ilin müvafiq dövrü ərzində qarayara xəstəliyinə qarşı aparılan tədbirlərlə yanaşı, dabaq xəstəliyinə qarşı 37464 baş iribuynuzlu və 4416 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 3247 baş itdə, nodulyar dermatit xəstəliyinə qarşı 28525 baş iribuynuzlu heyvanda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 156261 baş quşda “H” vaksini ilə, 185816 baş cücədə “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr yerinə yetirilib.
May ayından başlayaraq Lerik Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib. Artıq 3062 baş iribuynuzluda “S-19“ştammı, 3700 baş xırdabuynuzlu heyvanda isə “Rev-1” ştammı ilə peyvəndləmə aparılıb.
Həmçinin may ayından başlayaraq xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Hazırda tədbirlər davam etdirilir.
Rayon ərazisində baytarlıq-sanitariya işinin əsasını təşkil edən 942 obyektin 19100 kvadratmetr sahəsində dezinfeksiya tədbirləri görülüb.
Rayonda epizootik tədbirlərin aparılması “Soyuq zəncir” rejiminə düzgün riayət olunması üçün baytarlıq idarəsi lazımı ləvazımat və avadanlıqlarla təmin edilib.
Aparılan tədbirlərin nəticəsidir ki, rayonda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan-parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Respublikada dabaq xəstəliyinə qarş...