Biləsuvarda texnika istifadəçiləri maarifləndirilib
2024-02-12 00:00:00
Biləsuvar rayonunda Aqrar Xidmətlər Agentliyinin və "Aqroservis" ASC-nin Biləsuvar rayon bölməsi əməkdaşları tərəfindən, "P Aqro" MMC-nin, "MKT İK" MMC-nin, "Azərpambıq ASK" MMC-nin və "Aqropark-Yaşıl ada" MMC-nin istifadəsində olan traktorların, traktor-yedəklərinin, asma-qoşquların və digər mexaniki nəqliyyat vasitələrinin sazlığı, istismara yararlı olması və texnikaların uzun və qısa müddətli saxlanma vəziyyətinə baxış keçirilib. Tədbirdə bu sahədə çalışan mühəndis - texniki işçilər və sürücü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırılıb. Müəssisələrdə mexanizatorların idarə etdikləri traktor, yükləyici və pambıqyığan kombaynlar üzrə idarəetmə dərəcələrinin uyğunluğunun vəziyyəti yoxlanılıb. Aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması məqsədilə müvafiq tapşırıq və tövsiyyələr verilib. Sonda mühəndis-texniki işçilər və mexanizatorları maraqlandırılan suallar cavablandırılıb, "Traktorların və kənd təsərrüfatı texnikalarının saxlanma qaydaları haqqında təlimat"a dair bukletlər paylanılıb.
Şamaxı rayonunda xüsusi təhlükəli x...
2020-08-19 00:00:00