Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən monitorinqlər keçirilib
2022-11-28 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən fiziki və hüquqi şəxslərə məxsus kənd təsərrüfatı texnikalarının dövlət texniki baxışının keçirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı Cəlilabad və Biləsuvar rayonlarında növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatına alınmayan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlər barədə inzibati protokollar tərtib olunub. Həmçinin, kənd təsərrüfatı texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması, məhsulun yığımı və daşınması vaxtı texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı texnika istifadəçiləri maarifləndirilib. Eyni zamanda texniki baxışdan keçməyən 20 ədəd texnika texniki baxışa cəlb olunub, 10 ədəd texnika dövlət qeydiyyatına alınıb və etibarlıq müddəti bitmiş 5 ədəd sürücülük vəsiqəsi dəyişdirilib.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər traktorlar və digər özüyeriyən maşınlar, traktor yedəkləri, kənd təsərrüfatı, meliorasiya və sair texnikaları əldə etdikləri vaxtdan 10 gün müddətində dövlət qeydiyyatına alınmalı, həmçinin hər ildə bir dəfə, son texniki baxışdan keçmə müddətindən bir ildən gec olmayaraq texniki baxışa təqdim etməlidirlər. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 (on) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir
Qanuna müvafiq olaraq texniki baxışdan keçməyən texnikaların istismarı qadağan olunur. Əks halda texniki baxışdan keçmədən istismar olunacağı təqdirdə İXM-in 340.1 maddəsilə inzibati tədbir görüləcəkdir
Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinin nəzərinə çatdırır ki, istifadəsində olan texnikaları dövlət qeydiyyatından, texniki baxışdan keçirilməsi, həmçinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən bölgələrdə maarifləndirmə işləri həyata keçirilməklə monitorinqlər davam etdirilir.
Xaçmaz rayonunda x