Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib
2023-02-01 00:00:00
Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə Gürcüstan Respublikasında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində Sanitar və Fitosanitar Tədbirlər üzrə Regional İşçi Qrupunun iclası keçirilib. İclasda Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin sektor müdiri İlham Bayramov və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin baş mütəxəssisi Pərvanə Nəbiyeva iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd zərərvericilərdən azad zonaların yaradılması, fitosanitar tədbirlərin gücləndirilməsi və ölkələr arasında idxal-ixrac potensialının artırılması üzrə beynəlxalq təşkilatların tövsiyələri və iştirakçı ölkələrin innovativ texnologiyanın tətbiqi sahəsində təcrübələrin öyrənilməsidir. Bu istiqamətində müzakirələr aparılaraq yekunda beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, CAREC Proqramı çərçivəsində sanitar və fitosanitar tədbirlərin təkmilləşdirilməsi, bazara çıxış, təhlükəsiz ticarət və qlobal dəyər zəncirində iştirakın təmin edilməsinə dair ölkələrə yardım olunması üzrə təkliflər verilib.