Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Türkiyə Respublikasında keçirilən təlimdə iştirak edib
2022-06-28 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin bir qrup əməkdaşı Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Torpaq, Gübrə və Su Ehtiyatları Mərkəzi Araşdırma İnstitutunda torpaqların aqrofiziki analizlər bölümündə keçirilən təlimlərdə iştirak edib.
Təlimdə torpaqların mühüm aqrofiziki xüsusiyyətləri olan torpağın su tutumunun təyini, bitkinin soluxma nəmliyi, torpağın həcm ağırlığı, xüsusi çəkisi, torpaq məsaməliyinin təyini, struktur analizi, torpağın su sızdırma qabiliyyətinin təyini öyrənilib.
Aqrar Xidmətlər Agentliyinin LESM-nin Mərkəzi Laboratoriyasında qeyd olunan analizlərin icra olunması üçün zəruri cihaz və avadanlıqların mövcud olduğunu nəzərə alaraq, təlimdə əldə olunan bilik və bacarıqlar praktiki olaraq laboratoriyada icra olunacaq, aqrofiziki analizlərin yerinə yetirilməsinə, həmçinin fermerlər tərəfindən sifariş olunan bu tip analizlərin həyata keçirilməsinə müsbət təsir göstərəcəkdir.
Təlim müddətində laboratoriya şəraiti ilə tanış olunub , həmçinin qeyd olunan mərkəz ilə qarşılıqlı əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması və s. mövzularda fikir mübadiləsi aparılıb. Təlimin sonunda mərkəzin rəhbərliyi tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.
Neftçalada kənd təsərrüfatı heyvanl...
2020-06-23 00:00:00