Aqrar Xidmətlər Agentliyi təlim kurslarına dəvət edir
2020-09-21 00:00:00
Aqrar Xidmətlər Agentliyi “Agro Dairy” MMC-ilə birlikdə fermerlər, aqronomlar, mütəxəssilər, taxil toxumçuluğu ilə məşğul olanlar və bu sahəyə maraq göstərən hər kəsi Sentyabrın 28-dən etibarən təlim kursları keçirilməsinə dəvət edir.
Təlim kursları Hacıqabul rayonu, Muğan kəndi ərazisinə yaxın olan “Agro Dairy” MMC-nin təlim mərkəzində keçiriləcəkdir.
Təlimin mövzuları aşağıda qeyd olunanları əhatə edəcəkdir:
Torpaq becərmə məsələləri və torpağın səpinə hazırlanması
Bitki yetişdirilməsi (buğda və arpa)
Suvarmanın idarəolunması
Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikasının öyrənilməsi
İ̇lkin toxumçuluq və reproduksiyalı toxum istehsalı.
Təlimlər sentyabrın 25-dən dekabrın sonuna kimi keçiriləcəkdir.
Təlimdə iştirak ödənişsizdir. Təlim iştirakçılarının nəqliyyatı “Agro Dairy” MMC tərəfindən təmin olunacaqdır.
Təlim proqramı sizin üçün maraqlıdırsa, qeyd etdiyimiz əlaqə nömrəsinə zəng edə bilərsiniz. +994- 51- 201-77-20; +994-70-558-25-25