Nyukasl xəstəliyinə qarşı mübarizə tədbirləri
2021-04-23 00:00:00
Nyukasl xəstəliyi quşların toyuqlar dəstəsinə aid olan kəskin gedişli və çox sürətlə yayılan virus xəstəliyidir. Xəstəlik mərkəzi sinir sisteminin zədələnməsi, tənəffüs və həzm orqanlarının patologiyaya uğraması və fəallığın pozulması ilə xarakterizə olunur.
Xəstəliyə bütün növ quşlar yoluxurlar. Quşların nyukasl xəstəliyinə olan həssaslığı, onların mənsub olduğu cinsdən və yaş qrupundan asılı olaraq müxtəlifdir. Xəstəliyə yoluxma aerogen, alimentar və kontakt yollarla baş verir.
İnfeksiya törədicisinin mənbəyi əsasən xəstə və xəstəliyi keçirmiş quşlar hesab edilir.
Əlamətləri:
- inkubasiya dövrü 9-12 gündür
- baş və boynunda tüklərin pırpızlaşması
- halsız bir yerdə dayanması
- iştahanın tamam pozulması
- baş və qanadlarını sallayaraq oturması
- ağızdan selikli mayenin axması
- ishal olması
- həssaslığın azalması
- sinir pozğunluğu
- tarazlığın pozulması
- dairəvi hərəkətlər və tez-tez boynunu uzatma
- bayılma
- boynun,başın yana və yaxud geriyə əyilməsi
- ayaqların dartılması
- barmaqların caynaqların yığılması
- qanadların, quyruq, boyun və ayaqların iflici
PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ:
Xəstəlik keçirmiş və peyvənd edilmiş quşlar uzunmüddətli immunitet qazanırlar. Quşlarda immunitet yaratmaq üçün peyvənddən istifadə edilir.
Nyukasl xəstəliyinə qarşı hazırda ən geniş istifadə olunan “B1”, “La-Sota”, “Clone 30” və “H” ştammlarından hazırlanan diri və inaktivasiya olunmuş vaksinlərdir. Vaksinlər təlimat əsasında işlədilməlidir.
Quşçuluq təsərrüfatlarında “Nyukasl” və digər infeksion xəstəliklərdən qorunmaq məqsədi ilə baytarlıq - sanitariya qaydalarına əməl olunmalıdır. Profilaktiki peyvəndləmənin vaxtında aparılması immunitetin yaranmasına səbəb olur.
Tədbirlərin əsasını profilaktiki peyvəndləmənin aparılması və immunitetin gərginliyinə nəzarət təşkil edir.
Aqrar Xidmətlər Agentliyi fermerlər və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, quşlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə sahə baytarlıq məntəqəsinə və ya rayon (şəhər) baytarlıq idarəsinə təcili olaraq müraciət etsinlər.
Dabaq xəstəliyinə qarşı peyvəndləmə...