Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tabeli qurumların əməkdaşları ilə görüşüb
2024-04-06 00:00:00
Görüşdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Bildirib ki, baytarlıq və bitki mühafizəsi tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməli, mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməli, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyaların tətbiqinə dair maarifləndirici tədbirlər aparılmalı, fermerlərə göstərilən xidmətlərin keyfiyyəti daha da yaxşılaşdırılmalıdır. Tədbirdə mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müdddətdə aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin İsmayıllı Dövlət Sort Sınaq məntəqəsində müxtəlif sortarın əkin sahələrinə və texnikalra baxış keçirilib.
Meyvə bitkilərində dəmgil xəstəliyi...
2020-06-30 00:00:00<