Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən Mərkəzi Asiya və Qafqaz ölkələri üçün seminar keçirilib.
2023-04-13 00:00:00
Qazaxıstan Respublikasının Almatı şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən Mərkəzi Asiya və Qafqaz ölkələri üçün baytarlıq xidmətinin səmərəli təşkili, kadr hazırlığı, onların bilik və bacarıqlarının artırılması, paraveterinarların kadr resursları üzrə potensialın formalaşdırılması, statuar orqanların yaradılması, dövlət-özəl əməkdaşlığı məsələlərinə dair subregional seminarı keçirilib. Seminarda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyin sədr müavini Eldar Həsənov, BETİ-nin əməkdaşı Ramin Məmmədov və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər. Seminarın keçirilməsində əsas məqsəd ölkələr üzrə baytarlıq ixtisası üzrə təhsil proqaramının və resursların müəyyən edilməsi, planlaşdırılması, baytarlıq mütəxəssislərinin bilik və bacarıqlarının artırılması, dövlət-özəl əməkdaşlığı çərçivəsində paraveterinarların fəaliyyətinin planlaşdırılması, maraqlı tərəflərin kommunikasiyası, baytarlıq qanunvericiliyində dəyişikliklər edilərək statuar orqanın yaradılmasına dair təkmilləşdirmənin aparılmasına dair məsələlərin müzakirəsidir.
Seminarda ölkəmizdə dövlət-özəl əməkdaşlığını, paraveterinarların fəaliyyətini, baytarlıq mütəxəssislərinin hazırlanmasını və təhsil prespektivlərini əks etdirən poster təqdim edilib.
Seminarda ÜHST-nın ekspertləri təqdimatla çıxış edərək baytarlıq xidmətinin qiymətləndirilməsi (PVS), paraveterinarların fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi, eyni zamanda ÜHST-nın standartlarına uyğun təşkil olunmasını tövsiyə ediblər. Müasir dünya çağırışlarına uyğun olaraq baytarlıq mütəxəssislərinin hazırlanmasında ilk növbədə təhsil resurslarının qiymətləndirilməsinin, planlaşdırılmasının, təhsil almış mütəxəssislərin “təhsil-təcrübə” zəncirinin yaradılmasının vacibliyi bildirilib.
Tədbirdə təcrübələrə əsaslanaraq statuar orqanın yaradılması və onun fəaliyyətinin hər bir ölkənin qanunvericiliyində nəzərdə tutulması və sərbəst fəaliyyətinin təmin olunması qeyd olunub. Yekunda baytarlıq xidmətinin səmərəli təşkili üçün əsas hədəflər müzakirə olunaraq, hər bir ölkə üzrə paraveterinarların fəaliyyətinin güclü və zəif tərəfləri müəyyən edilməsi, dövlət-özəl əməkdaşlığı çərçivəsində paraveterinarların qanunvericiliklə tənzimlənməsi, baytarlıq xidmətinin səmərəli təşkili, baytarlıq mütəxəssislərinin mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, bu sahədə meyyarların müəyyən edilməsi və kadrların təkmilləşdirilməsi ilə bərabər onların qiymətləndirilməsinin aparılması nəzərə çatdırılıb.
Fiziki və hüquqi şəxslərə məxsus is...
2020-09-16 00:00:00