Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata keçirilir
2023-05-30 00:00:00
Hər il olduğu kimi, cari ildə də Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarının ərazilərinin bir hissəsini əhatə edən Küdrü düzü, həmçinin Tərtər, Ağstafa rayonu ərazilərində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərini vaxtında və səmərəli təşkil etmək məqsədi ilə mübarizədə istifadə ediləcək maşın-mexanizmlərin dislokasiyası həyata keçirilib, lazımı dərman və yanacaq ehtiyatı yaradılıb, bütün maşın-mexanizmlər sazlanaraq hazır vəziyyətə gətirilib.
AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəsisləri tərəfindən müvafiq təlimatlar əsasında xüsusi təhlükəli zərərli orqanizmlərin populyasiyalarının aşkarlanmasına dair apardıqları fitosanitar müşahidələrin təhlili əsasında müxtəlif regionlar üzrə çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Belə ki, AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində çəyirtkəkiimilərə (Mərakeş çəyirtkəsi) qarşı ümumilikdə 10073 ha sahədə müşahidələr aparılmış, 3168 hektar sahədə sirayətlənmə aşkar edilmiş və 920 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Mübarizə tədbirləri əsasən Ağstafa (500 ha), Cəbrayıl (225 ha), Şəki (120 ha) Lerik (100 ha) və digər rayonların ərazilərində aparılıb.
Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Bildiririk ki, Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilsin.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Xaçmaz rayonunda xüsusi təhlükəli x...