Çəyirtkəkimilərə qarşı mübarizə ilə əlaqədar hazırlıq işlərinə başlanılıb
2021-04-29 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarının mütəxəsisləri müvafiq təlimatlar əsasında xüsusi təhlükəli zərərli orqanizmlərin populyasiyalarının aşkarlanmasına dair apardıqları fitosanitar müşahidələrin təhlili əsasında müxtəlif regionlar üzrə çəyirtkəkimilərə (Mərakeş, İtaliya) qarşı mübarizə işlərinin səmərəli təşkilini təmin etmək məqsədiilə texniki hazırlıq işlərinə və qabaqlayıcı tədbirlərə başlanılmışdır. Zərərvericinin bioloji xüsusiyyətləri, həyat tərzi və populyasiyalarının sıxlığı nəzərə alınmaqla may ayının birinci ongünlüyündən kimyəvi mübarizə işlərinə başlanılması planlaşdırılır.
Çəyirtkəkimilərin ən çox müşahidə edildiyi ərazilərdə (Küdrü düzü, Ceyrançöl, Padarçöl, Ağdam-Tərtər) mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitə və avadanlıqlar texniki cəhətdən hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə cəlb olunan texnikalara və digər avadanlıqlara baxış keçirilib, tələbata uyğun pesdisid ehtiyatı yaradılıb.
Mübarizə tədbirlərində Mitsubishi L-200 markalı avtomaşınların üzərinə quraşdırılmış 12 ədəd AU 8115M markalı ultra kiçik həcmli, 10 ədəd Scout 28s-300 markalı avtonom və MTZ-892 markalı traktorlara qoşulmuş 20 ədəd 2000 litrlik yerüstü çiləyicilərdən istifadə olunması nəzərdə tutulmuşdur.
Agentlik tərəfindən artıq rayon bitki mühafizəsi mərkəzlərinin dərman preparatları ilə təminatına başlanılmış, həmçinin mərkəzlərin əməkdaşları pestisidlərlə və texnika ilə iş zamanı texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun təlimatlandırılmışlar.
Çəyirtəkimilərə qarşı müşahidə və m...
2020-06-02 00:00:00