Çəyirtkəkimilərin yaz müşahidələrinə başlanılıb
2020-03-19 00:00:00
Cari ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkil etmək, bölgələrdə fitosanitar vəziyyəti nəzarətdə saxlamaq, xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərin yayılma arealını müəyyən etmək, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən yaz monitorinqlərinə başlanılmışdır. Hazırda Samux rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə birlikdə Samux rayonunun Qarasaqqal adlanan ərazisində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olan meşə zolaqlarında və Dövlət fonduna aid ərazilərdə monitorinqlər həyata keçirilir. Çəyirtkəkimilərə qarşı aparılacaq mübarizə tədbirlərinin operativ və səmərəli təşkili üçün təlimata uyğun yaz müşahidələri aparılımaqla, sirayətlənmə aşkar edilən ərazilər nəzarətə götürülür.
Qeyd edək ki, ötən ilin oktyabr ayında da bölgələrdə çəyirtkəkimilərin qışlama yerlərini, populyasiya sıxlıqlarını aşkar edilməsi məqsədilə payız monitorinqləri aparılıb.
Yaz monitorinqləri davam etdirilir.