FAO-nun təşkilatçılığı ilə beynəlxalq seminar keçirilib
2023-02-20 00:00:00
FAO-nun təşkilatçılığı ilə Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkələrə dair məlumatların yığılması, analizi, proqnozlaşdırma və hesabatlığın təmin edilməsi mövzusu üzrə beynəlxalq seminar keçirilib. Seminar “Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkələrə qarşı mübarizənin milli və regional səviyyədə yaxşılaşdırılması” proqramı çərçivəsində həyata keçirilib. Seminarda ümumi olaraq 10 ölkədən 55 nəfər, o cümlədən Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak ediblər.
Seminarda FAO-nun beynəlxalq məsləhətçisi, ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçininski, Coğrafi İnformasiya Sistemləri (GİS) üzrə ekspert Nadiya Muratova ekologiya üzrə ekspert Harold Vandervalk tərəfindən “Çəyirtkələrin monitorinqi və Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi” (ASDC) və “Qafqazda və Mərkəzi Asiyada Çəyirtkələrin İdarə edilməsi Sistemi”ndən (CCALM) istifadə etməklə çəyirtkələrin idarə edilməsi, yayılma arealının qiymətləndirilməsi və mübarizə üsullarının təşkili üzrə proqnozların hazırlanması məsələlərinə dair müzakirələr əsasında təhlillər aparılıb və ətraflı məlumatlar verilib. Həmçinin, çəyirtkələrlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması və mübarizə kampaniyası dövründə yarana biləcək risklərin müəyyən edilməsi və qarşısının alınmasına yönəldilmiş tədbirlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında daha çox təhlükə törədən çəyirtkələr Mərakeş və İtaliya çəyirtkələri hesab olunur. Əsas məskunlaşma yerləri Ceyrançöl, Eldar düzü, Haramı düzü, Küdrü və Acınohur çölləri əraziləridir. Çəyirtkəkimilər polifaq zərərvericilər qrupuna daxildir və sürü əmələ gətirərək demək olar ki, bütün bitki növlərini məhv edirlər.
Aqrar