Lənkəran rayonunda çəltikçiliyin inkişafına həsr olunmuş tədbir keçirilib
2022-10-14 00:00:00
Lənkəran rayonunda Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında çəltik istehsalının inkişafına dair tədbir keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, Elmi Tədqiqat Əkinçilik İnstitutunun alimləri, Lənkəran, Astara, Masallı rayonlarından çəltikçiliklə məşğul olan fermerlər və sahibkarlar iştirak edib. Tədbirdə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi və bu sahədə mövcud problemlər barədə ətraflı məlumatlar verilib.
Müzakirələrdə keyfiyyətli çəltik istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, mineral gübrələrdən səmərəli istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında həyata keçirilməsi, əkin üçün yararlı torpaq sahələrinin cəlb edilməsi, texnika ilə təminatın yüksəldilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə, həmçinin “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr müzakirə olunub, bu sahənin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Sonda fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Neftçalada kənd təsərrüfatı heyvanl...
2020-