Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Naxçıvan MR- da texnika istifadəçiləri ilə görüşüb
2024-04-01 00:00:00
Aqrar Xidmətlər Agentliyinin texniki nəzarətin təşkili üzrə əməkdaşları tərəfindən Naxçıvan MR-nın kənd təsərrüfatı nazirliyində görüş keçirilib. Görüşdə texniki nəzarət üzrə bütün xidmətlərin Vahid Elektron Sistem üzərindən həyata keçirilməsinin təmin edilməsi məqsədilə Naxçıvan MR-nın kənd təsərrüfatı nazirliyinin bu sahə üzrə əməkdaşları təlimatlandırılıb, həmçinin texnika istifadəçiləri ilə görüş keçirilib. Görüşdə mütəxəssislər tərəfindən iştirakçılara Vahid Elektron Sistem üzərindən texnikaları idarə etmək üçün imtahanların qəbulu, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatı və texniki baxışının keçirilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydalar izah edilib, maarifləndirici materiallar paylanılıb.
3 ədəd texnika dövlət qeydiyyatına alınıb, 3 ədəd texnika texniki baxışa cəlb olunub, 4 nəfərdən test üsulu ilə imtahan qəbul edilib, 4 nəfərin sürücülük vəsiqəsi dəyişdirilib.
Şəki rayonunda heyvan