FAO tərəfindən Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarına təlimlər keçirilir
2023-12-12 00:00:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə QEF-in maliyyə dəstəyilə icra olunan "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və daimi üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” (GCP/SEC/011/GFF) layihəsi çərçivəsində 11 dekabr 2023-cü il tarixindən etibarən Qobustan rayonunda yerləşən Cəngi Pestisid Poliqonunun işçi heyəti üçün Poliqonun idarə olunması üzrə təlimlərin keçirilməsinə başlanmışdır. 5 gün davam etməsi nəzərdə tutulan bu təlimlər çirklənmiş sahələr və poliqonların idarə edilməsi üzrə beynəlxalq məsləhətçi, Boudewijn Fokke tərəfindən keçiriləcəkdir.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları da daxil olmaqla 13 nəfər nümayəndə üçün təşkil ediləcək təlimlər nəzəri və praktiki hissədən ibarət olacaqdır.
Fərdi müdafiə vasitələrinin, qablaşdırma materialları və avadanlıqların nümayişi ilə yanaşı təlim müddətində iştirakçılara Poliqonun gündəlik fəaliyyətində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsinin təkmilləşdirilməsi, Poliqonda Tullantıların İdarə Edilməsi və İnformasiya Sistemini tətbiqi və ərazidə infrastruktur, quraşdırmalar və aşınmaya nəzarət üzrə təkmilləşmələrin müəyyənləşdirilməsi və qeydə alınması ilə bağlı məlumatların verilməsi nəzərdə tutulur.
Yekunda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir
Qoyunların qırxılması qaydalarına v...
2020-05-06 00:00:00