Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir
2022-04-25 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirmək məqsədilə rayonun Hüseynxanlı kəndində taxıl sahələrinə baxış keçirilib. Sahələrin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Həmin kənddə alaq otlarına qarşı 55 ha sahədə müşahidə, 25 ha-da sirayətlənmə qeydə alınmış, 25 ha sahədə vesuper, pereparatları ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Mütəxəssislər tərəfindən fermerlərə yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə ətraflı məlumatlar və müvafiq tövsiyələr verilib.Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.