Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
2023-06-25 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əmri ilə ölkə ərazisində gücləndirilmiş iş rejiminə keçiriləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi heyvan kəsimi və satışı məntəqələrində baytarlıq-sanitariya işlərinin təşkili istiqamətində işlərə başlanmışdır. HSBX Mərkəzinin əməkdaşları yerlərə ezam olunaraq əməli köməklik göstərilməsi məqsədilə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.
Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə - Daşkəsən Regional Bölməsinin əməkdaşları ilə birgə Qurban Bayramı ilə əlaqədar rayonun Qızılqaya qəsəbəsi, Aşıqlı kəndi, Qızılca bələdiyyəsi ərazisi və Göygöl şəhəri A.Şadlınski küçəsi-1 ünvanlarında yerləşən heyvan kəsimi və satışı məntəqələrində baytarlıq - sanitariya qaydalarına uyğun profilaktiki dezinfeksiya tədbirləri həyata keçirilib. Eyni zamanda Qurban bayramı günlərində kəsiləcək qurbanlıq heyvanların sağlamlığının müəyyən edilməsi məqsədilə heyvanların kliniki müayinədən keçirilməsi üçün kəsim məntəqələrinə baytar həkimləri təhkim edilib və bayram günlərində rayon HSBX idarələri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcəkdir.
Tovuzda qarayara əleyhinə epizootik...
2020-03-19 00:00:00