İmişli rayonunda Buğda pası xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair təlim keçirilib
2023-04-20 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində “Buğda pasının idarə edilməsi üçün regional əməkdaşlığın və milli imkanların gücləndirilməsi” layihəsi ilə bağlı “Buğda pası xəstəliklərinə dayanıqlı sortlar və inteqrir bitki mühafizəsi tədbirləri” mövzusunda İmişli rayon Dövlət Aqrar İnkişaf Mərkəzində mütəxəssislər üçün təlim keçirilib. Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd sahə üzrə mütəxəssislərin təcrübə və biliklərinin artırılması, gələcəkdə buğda pası xəstəliklərinə qarşı mübarizə ilə məşğul ola biləcək kadrların hazırlanması və mövcud potensialın gücləndirilməsidir.
İştirakçılara buğda bitkisində pas xəstəliyinin növləri, xəstəliyə davamlı sortların yaradılması seleksiyasının idarəedilməsi və mübarizə tədbirləri barədə məlumatlar verilib.
Sonda təlim iştirakçıları pas xəstəliyi ilə sirayətlənmiş buğda sahəsinə baxış keçirib.