Mədə önlüyünün kəskin timpaniyası- fermerlərə tövsiyə
2023-07-19 00:30:30
Mədə önlüyünün iti timpaniyası (köpmə halı) işkənbədə sürətlə qaz əmələ gəlməsi və qazla dolması ilə müşayət edilir. Əsasən iribuynuzlu heyvanlarda və qoyunlarda, az hallarda isə keçilərdə rast gəlinir. Belə ki, heyvanlar çox miqdarda tezqıcqıran yem qəbul etdikdə birincili timpaniya yaranır.
Heyvanlar təzə yaşıl ot, üçyarpaq yonca, xaşa, yemlik yonca və digər paxlalılar, südləmə dövründə olan qarğıdalı qıçası, kələm və çuğundur yarpaqları, ilkin vegetasiya dövründə olan taxıl bitkiləri ilə yemləndikdə risqlər yaranır. Bu yemlər topa halda yığılıb qızışdıqda, yağış islatdıqda, şehli olduqda, heyvanlar həmin yemləri yeyəndən sonra dərhal su içdikdə daha çox təhlükəyə məruz qalırlar.
Xəstəliyin kliniki əlamətləri: Heyvan yem yemir, quyruğunu yelləyir, belini donqarladır, arada böyürür, qarnına baxır, uzanır və dərhal qalxır, arxa ayaqlarını qarnına vurur. Temperatur normal olur, tənəffüs tezləşir (60-70 dəq), səthi və sinə tipli olur. Ağır hallarda heyvan ağzı açıq halda nəfəs alır, dayanmadan ağız suyu axır, dil bayıra çıxır. İşkənbənin qazla dolması dərəcəsindən asılı olaraq selikli qişalar əvvəl hiperemiyalaşır, sonra isə sianozlaşır. Qarın həcmcə böyüyür, sol aclıq çuxuru sağ tərəfə nisbətdə assimetrik surətdə şişir. Gövşəmə və gəyrimə dayanır, işkənbənin hərəkəti ilk vaxtlar güclənir, zəifləyir, tezləşir, sonradan parez baş verdiyindən tamamilə dayanır.
Kəskin timpaniya tez inkişaf etdiyindən, eyni vaxtda çox heyvanda baş verdikdə heyvanlara yardım göstərmək çətin olur və nəticə etibarı ilə heyvanların tələf olması baş verir.
Kəskin timpaniyada işkənbəni qazdan azad etmək və qaz yaranmasının qarşısını almaq üçün aşağıdakıları tətbiq etmək vacibdir:
Timpaniyanın profilaktikası üçün çobanlar, heyvana baxanlar, təsərrüfat sahibləri arasında tezqıcqıran yemlərlə yemləmə eləcə də qaba yemlərdən sulu şirəli yemlərə keçmə qaydalarına dair maarifləndirmə işləri aparılmalıdır.
Fermerlər əsas bunlara diqqət verməlidirlər:
Toyuq gənəsinə qarşı mübarizə tədbi...
2020-08-31 00:00:00