Dövlət Reyestrinə yeni heyvan cinsi əlavə olunmuşdur.
2021-05-08 00:00:00
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təqdim etdiyi "Pirəsora" qoyun cinsinin gövdəsi kifayət qədər inkişaflı, ayaqları hündür və möhkəmdir. Rəngi əsasən boz, qonur olur. Baş və ayaqları tünd, açıq qəhvəyi, sarı rəngdə olur. Yunu, tarım qabadır və sıxdır. Əti dadlı və zərifdir. Qoyunlar yağlı quyruqludur. Heyvanları birtiplidir. Qulaqları iri, kürə və kərə olur. Qoçları buynuzsuzdur, bəzən xırda buynuzlu qoçlara da rast gəlmək olur. Bu qoyunları fərqləndirən eksteryer göstəricilərdən biri törədici qoçların burnunun üstündə dırda (qabarcıq) olmasıdır. Törədici qoçların orta canlı kütləsi 65-85 kq-a qədər olur. Ana qoyunların canlı kütləsi isə 40-60 kq-a qədər olur. Yun məhsuldarlığı qoçlarda 4-5 kq, yunun uzunluğu 12-17 sm olur. Ana qoyunlarda yun məhsuldarlığı 2,5-3,5 kq, yunun uzunluğu isə 11-16 sm olur. 100 ana qoyundan ümumi təsərrüfat şəraitində 85-90, yaxşı yemləmə və bəsləmə şəraitində 100-110 bala alınır. Pirəsora qoyun cinsi Piroplazmoz xəstəliyinə qarşı dözümlüdür.
Qeydiyyata alınan "Pirəsora" qoyun cinsinin hüquqi mühafizəni təmin edən patent verilməklə “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”nə əlavə olunmuşdur.