Qəhvəyi Mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir
2024-03-13 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən Balakən və Zaqatala rayonlarında karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib və biotexniki feremon tələlər quraşdırılıb. Balakən rayonu üzrə 17 kənddə 1029, Zaqatala rayonu üzrə 12 kənddə 886 yaşayış evi, ictimai bina, yardımçı tikili və s yerlərdə qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər, mübarizə və marifləndirmə tədbirləri aparılıb.
Respublikanın Balakən və Zaqatala bölgələrində zərərvericinin populyasiyalarının kütləvi yayıldığı ərazilərdə monitorinq və mübarizə məqsədilə ümumilikdə 500 ədəd feromon tələ quraşdırılıb. Tədbirlər davam etdirilir.
Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır. Qonşu ölkələrdə təsərrüfatlara qısa müddətdə xeyli miqdarda zərər vurub.
Karantin zərərvericilərə qarşı müba...