Kartof bitkisinin göbələk xəstəliyi- Fitoftora
2023-04-19 00:00:00
Fitoftoranın əmələ gəlməsi aran rayonlarında aprel ayının axırı, mayın əvvəllərinə, dağlıq rayonlarda isə mayın axırı, iyunun əvvəllərinə təsadüf edir. Kartof kollarının sirayətlənmə dərəcəsindən asılı olaraq məhsuldarlığa vurduğu ziyan 12-50% arası dəyişir.
Yayılması:
Fitoftora xəstəliyinin törədicisi Phytophthora infestans göbələyidir.
Xəstəliyin törədicisinin optimal inkişafı yüksək rütubət (90%) və 16-210C temperatur şəraitində 4-6 günə baş verir. Törədicilər bir neçə il torpaqda qala bilİr. Erkən yazda sağ qalan sporangilər əlverişli şəraitdə külək və yağış vasitəsilə yayılaraq sağlam bitkiləri sirayətləndirir. İlkin sirayətlənmədən sonra baş verən növbəti sirayətlənmələr olduqca tez bir zamanda və şiddətli şəkildə baş verir. Patogenin sonrakı inkişaf mərhələlərində sporangilər yağış suları vasitəsilə süzülüb torpağa düşür və məhz bundan sonra yumrularda xəstəliyin inkişafı müşahidə olunur.
Əlamətləri:
Xəstəliyin törədicisi həm bitkinin yerüstü hissəsində, həm də yumrularında inkişaf edir. Bitki xəstəliyə yoluxduğu zaman öncə yerə yaxın alt yarpaqlarında boz rəngli xallar görünür. 2-3 gündən sonra həmin xalların sayı artır və bir-biri ilə birləşir. Yarpaqların alt hissəsində nazik ərp təbəqə (mitsellər) görünür. Yumrularda boz, yaxud açıq qonur rəngli, az basılmış halda, qeyri-müəyyən formalı ləkələr əmələ gəlir. Xəstəlik yumruların qabığından içəri keçir və yumruların içərisi sarımtıl-qəhvəyi rəng alır.
Mübarizə tədbirləri:
- Növbəli əkin sistemi tətbiq edilməli;
- Səpinqabağı toxum dərmanlanmalı;
- Sağlam əkin materialı istifadə edilməli;
- Əkin isti və quru ərazilərdə həyata keçirilməli;
- Sirayətlənmiş bitkilər sahələrdən kənarlaşdırılıb məhv edilməli;
- Məhsul yığımı zamanı və saxlanılma anbarlarında sirayətlənmiş yumrular seçilərək çıxdaş edilməli;
- Sağlam yumruların saxlanıldığı kameralarda patogenin inkişaf etməməsi üçün saxlanılma şəraitinə nəzarət edilməlidir.
Kimyəvi mübarizə:
Fumiqasiya (zərərsizləşdirmə) tədb...
2021-09