İstehsal,saxlama yerlərini və idxal –ixrac olunan məhsulları fumiqasiya etdirin!
2020-11-02 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi zərərsizləşdirmə (fumiqasiya)
(dezinseksiya, dezinfeksiya, deratizasiya) üzrə xidmətləri həyata keçirir. Zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.
Bildiririk ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Onlara qarşı öz imkanınz daxilində aparılan mübarizə tədbirlərində lazımı nəticə əldə etmək mümkün deyildir. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımına ehtiyac duyulur, belə ki, həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır. Mərkəzin mütəxəssislərinin yüksək peşəkarlığı, təcrübəsi, müasir maddi-texniki bazaya malik olması zərərsizləşdirmə (fumiqasiya) üzrə xidmətləri istənilən həcmdə, istənilən şəraitdə və miqyasda olan obyektlərdə həyata keçirməyə imkan verir. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Qeyd edək ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə “1652” və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.