Yay şumunun əhəmiyyəti - mütəxəssis məsləhəti
2022-06-10 00:00:00
Yay fəsli payızlıq və yazlıq bitkilərin məhsulunun yığıldığı əsas dövrdür. Məhsulun kəmiyyət və keyfiyyəti isə əkin və vegetasiya dövründə sahəyə edilən aqrotexniki qulluqdan çox asılıdır. Belə ki, məhsul yığımından sonra növbəti əkinə hazırlığa dərhal başlamalıdır ki, torpaqdan yüksək məhsul götürmək mümkün olsun. Bu tədbirlərdən biri məhsul yığımından dərhal sonra sahənin şumlanaraq və ya ağır disklə üzlənərək bitki qalıqlarının torpağa qarışdırılmasıdır. Bu proses torpağın fiziki şəraitini yaxşılaşdırır. Şumlamanın 25-30 sm, ağır disklə üzləmənin isə 10-20 sm dərinliyində aparılması tövsiyə olunur.
Yay şumunun əsas əhəmiyyəti:
Torpağın üst səthində kapiliyarları dağıtmaqla torpaqdan rütubət itkisini azaldır;
Alaq otlarının idarə olunmasını asanlaşdırır;
Torpaqda yaşayan zərərli orqanizmlərin məhv olmasını sürətləndirir;
Torpaq havalanmasının yaxşılaşması ilə torpağa düşmüş herbisid, insektisid və digər kimyəvi preparatların deqradasiyası sürətlənir;
Bitki qalıqlarını torpağa qarışdırmaqla yağışların torpağa daxil olmasının asanlaşdırır və mikroorqanizmlərin fəaliyyətini aktivləşdirir;
Eyni zamanda torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir;
Asan şumlandığı üçün yanacağa qənaət olunur;
Son vaxtlar məshul yığıldıqdan sonra sahənin ağır disklə üzlənməsi daha çox tətbiq olunur. Yığımdan sonra günəş şüaları torpağı sürətlə qurudur və torpağın sıxılaraq müqaviməti artır. Belə olan halda şumlanma çətinləşir. Digər tərəfdən şumlamanın gecikməsi ilə yanacaq sərfiyyatı 10-20% artır. Təcrübələr göstərmişdir ki, şumlamadan əvvəl torpağın səthinə azotlu gübrələrin verilməsi mikroorqanizmlərin aktivliyini artırmaqla küləşin çürüyüb torpağa sürətlə qarışmasına səbəb olur ki, bu da torpağın üzvi maddələrlə zənginləşməsi üçün vacibdir. Şumlamadan sonra torpağın səthinin hamarlanması rütubətin torpaqda qorunması baxımından çox faydalıdır.
Aqrar Xidmətlər Agentliyi fumiqasiy...
2020-05-05 00:00:00