Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə dair təlimlərə başlanılıb
2023-05-01 00:00:00
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən “Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkə fəlakətləri risklərinin azaldılması” layihəsi çərçivəsində cari ilin aprel ayından çəyirtkə fəlakətləri risklərinin azaldılması, həmçinin bitki mühafizəsi vasitələrindən normaya uyğun tətbiqi sahəsində yerli mütəxəssislərin maarifləndirməsi məqsədilə Bərdə rayonununda Ağcabədi, Ağdam, Goranboy, Tərtər və Yevlax rayonlarının, həmçinin Şəmkir rayonununda Ağstafa, Göygöl, Qazax, Samux, və Tovuz rayonlarının bitki mühafizəsi mütəxəssisləri, o cümlədən istehsalçılar üçün “Çəyirtkələrin monitorinqi, bioekologiyası, fitosanitar vəziyyətin idarə olunması və mübarizə zamanı pestisidlərin risk təhlükəsinin qarşısının alınması, eləcə də məlumatların avtomatlaşdırılmış sistem (ASDC) üzrə toplanması” mövzusunda təlim keçirilib. İştirakçılara çəyirtkələrin biologiyası, zərərvurma xüsusiyyətləri, onlara qarşı mübarizə üsulları və kimyəvi mübarizə zamanı pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin çəyirtkələrlə bağlı məlumatların toplanmasının avtomatlaşdırılmış ASDC sistemi üzrə yığılması barədə ətraflı məlumatlar verilib. Təlimlərdə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması ilə bağlı məsləhət və tövsiyələr verilib, həmçinin FAO-nun texniki dəstəyi ilə hazırlanmış informasiya materialları, müşahidə və mübarizədə istifadə ediləcək ölçmə cihazları təqdim edilib.
Növbəti təlimlərin Saatlı, Füzuli və Şabran rayonlarında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizdə sürü əmələ gətirən Mərakeş, İtaliya və Asiya çəyirtkələri mövcuddur. Tarixi məskunlaşma yerləri adətən dağətəyi ərazilər, yamaclar, səhralar, seyrəkləşmiş otlaq sahələri, xam torpaqlar və s. yerlərdir. Bu növlər xüsusi təhlükəli zərərli orqanizmlərə aid olub geniş polifaq zərərvericilər hesab edilir. Ölkə ərazisində 1 nəsil verir. Hər il sürü əmələ gətirən çəyirtkələrin zərərvurmasının qarşısının alınması, müşahidələrin aparılması, proqnozlaşdırma və mübarizə işinin təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkələrə qarşı mübarizə qrupları təşkil edilərək aprel-avqust aylarında mübarizə tədbirləri həyata keçirilir
Xaçmaz rayonunda xüsusi təhlükəli x...
2020-05-05 00:00:00