Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən texnikalara baxış keçirilib
2020-08-28 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən “ Azərpambıq" ASK MMC-nin İmişli rayon filialında pambıq yığımı mövsümünün başlanmasını nəzərə alaraq MMC-nin traktorçu və mühəndis heyəti ilə görüş keçirilib.
Görüşün məqsədi pambığın qısa müddətdə itkisiz yığımı və daşınması zamanı kənd təsərrüfati texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması və texniki baxışdan keçməyən texnikaların istismarının qadağan olunduğu nəzərə çatdırmaqdır
Görüşdə AXA əməkdaşları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq fermer və mexanizatorları maraqlandıran suallar cavablandırılıb.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları texnikaların sahiblərini və sürücülərini bir daha məhsulun yığımı və daşınması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.