Qarğıdalı əkinlərində iyun- iyul aylarında həyata keçirilən tədbirlər
2021-06-08 00:00:00
Hava şəraitindən asılı olaraq qarğıdalı becərilən bölgələrdə 15-20 gündən bir suvarılma aparılmalıdır. İlkin inkişaf mərhələsində yemləmə şəklində azot gübrəsinin illik normasının 30 %-i və ya fiziki çəkidə 150 kq-ı bitkinin inkişafının 7-8 yarpaq əmələ gəlmə mərhələsi kultivasiya ilə birlikdə 8-10 sm dərinliyə verilir. Bu zaman bitkilərin qida madələrinə tələbatının daha çox artdığını nəzərə alaraq gübrələrin mərhələli şəkildə verilməsi daha məqsədəuyğun sayılır. Qarğıdalı bitkisinin vegetasiya suvarmalarının şırımla və ya damcı üsulu ilə aparılması daha səmərəlidir. Yağış yağdırma və çiləmə yolu ilə aparılan suvarmada bitkinin çiçəkləmə dövrü tozcuqların yuyulmasına və mayalanma getmədiyinə görə məhsuldarlıq göstəriciləri aşağı düşə bilər. Odur ki, bu dövrdə müvəqqəti olaraq suvarmanı dayandırmaq lazımdır.
İyul: Qarğıdalı becərilən bütün təsərrüfatlarda bitkinin məhsuldarlığına və onun keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri də xəstəlik və zərərvericilərdir. Təbii-iqlim şəraitindən asılı olaraq müxtəlif bölgələrdə qarğıdalının ziyanvericilərdən payız sovkası, qarğıdalı çəmən kəpənəyi bu dövrdə çox geniş yayılır və bitkilərə ciddi ziyan vurur. Bu məqsədlə ziyanvericilərə qarşı B-58, Desis, Karate preparatlarıdan biri ilə işçi məhlul hazırlayıb sahəyə çilənməlidir. Həmçinin növbəti illik azot gübrəsi normasının 40%-i verilərək sahə suvarılır.
Respublikada xırdabuynuzlu heyvanla...