Şəki rayonunun payızlıq taxıl əkinlərində kompleks mübarizə tədbirləri davam edir.
2021-04-09 00:00:00
Şəki rayonunda 2021-ci ilin məhsulu üçün 2020-ci ilin payızında 66390 ha payızlıq dənlilərin səpini həyata keçirilmişdir. Cari ildə 970 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı büdcə vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılmış, 5174 hektarda taxıl böcəyinə və 80 hektar taxıl sahələrində isə məftil qurdlarına qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Taxıl sahələrində fuzarioz mənşəli helmintosporioz xəstəliyinə qarşı 72 ha-da, sarı pasa qarşı 160 hektarda kimyəvi mübarizə tədbirləri aparılmışdır. Kimyəvi mübarizədə fundazol 0,5 kq/ha, benomil 0,5 kq/ha , tilt 0,5 l/ha, titul duo 0,3 l/ha , alto super 0,4 l/ha, titan 0,5 l/ha və s. preparatlarından istifadə olunur. Hal-hazırda sarı pas xəstəliyinə qarşı mübarizə tədbirləri davam edir.
Taxıl sahələrində alaq otlarına qarşı 16791 hektarda kimyəvi mübarizə tədbirləri aparılmışdır. Hal-hazırda yemləmə gübrəsinin verilməsi və alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir. Mübarizə tədbirlərində ikiləpəli alaq otlarına qarşı weed-killer, fenizan, hektafermin, vesuper, kalamitu, logran, lintur, frame, primadonna, 2,4 D-amin və birləpəli alaq otlarına qarşı isə cowboy, koropik, axial, atlantis, walnus super, ovsyugen super, ovsyugen ekstra və s. preparatlardan istifadə edilir. Taxıl böcəyi sürfələrinə qarşı isə maestro, kunq-fu, judo, faskord, arrivo, supertakimetrin, ningbo, dentis və s. insektsidlərindən istifadə edilir. Həmçinin, kimyəvi mübarizədə pH tənzimləyicilərindən, bioloji aktiv madələrdən ( biosistem zernovoy, ultramackombi zernovoy, qumat saxalinski və digər növləri, izabion, biogerb və s.) mikroelementlərlə zənginləşdirilmiş kökdən kənar yemləmə gübrələrindən ( polifid, katit, misteralle və s.) istifadə edilir.
Belə ki, Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində fitosanitar monitorinqlər mütəmadi olaraq aparılır, alaqların növ tərkibi, sahənin taxıl böcəyi sürfələri ilə sirayətlənmə dərəcəsi müəyyən edilir. Həmçinin, ziyankar bağacıqların qışlama ocaqlarından taxıl sahələrinə miqrasiyası ilə əlaqədar onların sıxlığı hesablanır və bundan sonra sahələrdə həyata keçirələcək tədbirlərlə bağlı fermerlərlə müvafiq məsləhət və tövsiyələr verilir.
Lənkəranda çəltik əkinlərində alaq...