Texnika istifadəçilərinə səyyar xidmət göstərilib
2022-08-23 00:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən Balakən rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib. “Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin rahatlığının təmin olunmasına nail olmaqdır.
Tədbir zamanı qısa müddət ərzində Şəki, Qax, Zaqatala və Balakən rayonlarından müraciət etmiş texnika sahibləri üçün 36 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilmiş, 16 ədəd texnika ilkin və təkrar dövlət qeydiyyatına alınmışdır. Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.
“Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirlməsi davam etdirilir.
Respublikada xırdabuynuzlu heyvanla...
2020-05-02 00:00:00