Dövlət Reysterinə yeni bitki sort və hibridləri daxil edilib
2023-11-28 00:00:00
Kənd Təsərrüfatı nazirliyinin müvafiq əmri ilə 404 sort, hibrid və cins qeydiyyata alınaraq Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş, həmçinin patentlə mühafizə olunan bitki sort və hibridlərinin Dövlət Reyestrinə daxil edilmişdir. Bununla da fermerlərin ölkə ərazisində yeni və daha məhsuldar bitki sortlarının siyahısına əlçatanlığı təmin edilmişdir. Əlavə məlumatı link vasitəsilə əldə etmək olar.
http://axa.gov.az/uploads/files/static/d6c3bd-1701151640.pdf
Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq kütləvi istehsaldan və istifadədən əvvəl sortların məhsuldarlığı, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı və digər göstəricilərinə görə müsabiqəli əsasda qiymətləndirilməsi və seçilməsi həyata keçirilib. Həmçinin, əsas hədəflərdən biri də yerli ərazilərə adaptasiya oluna bilməyən və buna görə də istehsal problemlərinə səbəb olan sortların ölkədə yayılmasının qarşısını almaqla fermerləri keyfiyyətsiz sort/hibridlərdən qorumaqdır.
Neftçalada kənd təsərrüfatı heyvanl...