Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
2021-04-19 00:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində
Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən 2021-ci ilin aprel ayında (aprel ayının 19-dək) fiziki və hüquqi şəxslərin müraciəti əsasında respublika ərazisində 16896.72 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar ), 10350.17 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 53243 m3 saxlanma yeri, 438 m3 yaş meyvə- tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 78000 m2 istixana zərərsizləşdirilib.
Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Bildiririk ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-562-85-34 (daxili:152); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.