Pambıqçılıqda avqust ayında görüləcək işlər
2021-07-29 00:00:00
Avqustu pambıqçılar məhsuldarlığın artırılması ayı adlandırırlar. Çünki dekabrdan başlayaraq görülən bütün aqrotexniki tədbirlər bu ayda yekunlaşdırılır. Ayın birinci ongünlüyündə ucvurma başa çatdırılır. Avqustda pambığın ən qorxulu zərərvericisi olan sovkaya, hörümçək gənəciyinə və.s qarşı mübarizə işi daha da gücləndirilir, müşahidələr iki-üç gündən bir tərkar aparılır, təsərrüfatlardakı yerüstü aparatların hamısı işə cəlb olunur, tarlalarda sonuncu becərməyə diqqət artırılır, sahələr alaqdan tamamilə təmizlənir.
Bu aydan tarlaların suvarılması ən təxirəsalınmaz iş hesab olunur, bəzi tarlalar, hətta iki dəfə suvarılır.
Avgust ayında toxumluq sahələr bir daha nəzərdən keçirilir, seçilib ayrılır. Aprobasiya aparılır, keyfiyyətli toxum tədarükü üçün tədbirlər görülür.
Avqust həm də maşınla pambıq yığımına hazırlıq ayıdır. Bu ay məhsulu maşınlarla toplanacaq sahələrdə bitkilərin yarpaqlarını vaxtında tökdürmək üçün kimyəvi preparatlar əldə edilir.
Pambıqyığan maşınların normal işləməsi üçün sahələr bir daha nəzərdən keçirilir və yığım üçün tam hazırlanır. Pambıq bitkisinin yarpaqlarının tökdürülməsinə hər kolda 5-6 qoza, yaxud koldakı qozaların üçdə bir hissəsi açdıqda, məhsul yığımına isə kollardaki qozaların azı 60%-i açdıqda başlanılır.
Yığımda iştirak edəcək bütün texnikalar saz vəziyyətində start xəttinə çıxarılır.
Tovuzda qarayara əleyhinə epizooti