Aqrar məsləhət xidmətləri ilə bağlı beynəlxalq vebinar keçiriləcək
2022-10-13 00:00:00
Aqrar Xidmətlər Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi ilə birgə “Azərbaycanda Kənd Təsərrüfatı Məsləhət Xidmətlərinin Gücləndirilməsi” adlı beynəlxalq vebinar keçirəcək. Vebinar oktyabrın 14-də saat 10:00-11:35-də baş tutacaq və FAO-nun Elm və İnnovasiya Forumu öncəsi planlaşdırılmış tədbirlərdən biridir.
Aqrar iqtisadiyyatın şaxələndirilməsi üzrə səyləri çərçivəsində Azərbaycan hökumətinin prioriteti kənd təsərrüfatı sektorunun inkişafının stimullaşdırılmasıdır. Bu məqsədlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, FAO və Avropa İttifaqı “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi" layihəsini icra edir.
Layihə kənd təsərrüfatı sektorunda cari və gələcək çağırışlara cavab verən və nəticədə ətraf mühitin qorunması və yaxşılaşdırılması ilə yanaşı, kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən yaxşı əlaqələndirilmiş, tələbata əsaslanan və maraqlı tərəflərin bilik mübadiləsi, əməkdaşlıq və tərəfdaşlıq şəbəkələri vasitəsilə innovasiyaları asanlaşdıran aqrar məsləhət xidmətləri sisteminin inkişafını dəstəkləyir. Layihə benefisiarlarının təşəbbüsü ilə Azərbaycanın məsləhət xidməti sistemində dəyişikliklərin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Vebinar ingilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq. İştirak etmək istəyənlər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər: