Aqrar Təlim Mərkəzi tərəfindən ilk dəfə informasiya kampaniyasına start verilib
2022-10-07 00:00:00
Bölgələrdə mövsümi tədbirlərin, o cümlədən payızlıq taxıl səpininin başlanılması ilə əlaqədar Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanaraq bölgələrdə informasiya kampaniyasına start verilib. Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən Salyan rayonunun Kürsəngi, Xələc, Qarabağlı və Şorsulu kəndlərində 350 nəfər fermerin iştirakı ilə tarlada görüşlər keçirilib, bol və keyfiyyətli məhsul əldə etmək üçün sertifikatlı toxumdan və gübrədən istifadəyə dair informasiya və məsləhətlər verilib, həmçinin fermerlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Hazırda bölgələrdə fermerlərin maarifləndirilməsi tədbirləri davam edir.
Qeyd edək ki, ilk dəfə keçirilən İnformasiya kampaniyası respublikanın 18 rayonunun 100 kəndində 35 minə yaxın fermeri əhatə edəcəkdir.