Toxumluq taxıl sahələrində aprobasiyanın aparılmasına dair təlim keçirilib
2025-04-30 00:00:00
Ölkəmizdə toxumçuluğun inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldarlığın artırılması və fermerlərin keyfiyyətli toxumlarla təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir
Bu məqsədlə toxumçuluq təsərrüfatlarının “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyanı təsdiq edilmiş toxumluq əkin sahələrində aprobasiya prosesinin hazırlıq mərhələsinə start verilmişdir. Belə ki, respublika üzrə fəaliyyət göstərən aprobatorların aprobasiya prosesi zamanı təhlükəsizliyinin təmini və sahə üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi məqsədilə müvafiq olaraq, “Aprobasiya prosesi zamanı texniki təhlükəsizlik qaydaları”, “ Buğda və arpa bitkilərinin xəstəlik və zərərvericiləri”, “Buğda və arpa bitkilərinin əsas diqnostik əlamətləri və aprobasiyasının aparılma qaydaları” mövzusunda onlayn təlimlər keçirilmişdir. Təlimlər zamanı iştirakçılara nəzəri biliklər aşılanmış, sahə işləri zamanı təhlükəsizlik və effektivlik prinsipləri izah edilmişdir. Növbəti mərhələdə aprobatorlara sahələrdə praktiki təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, toxumçuluğun inkişafı kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini təşviq edir və uzunmüddətli dövrdə məhsuldarlığın artırılmasına, ixrac potensialının yüksəldilməsinə və rayonlar üzrə iqtisadi fəaliyyətin canlanmasına mühüm töhfə verir.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır