Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
2025-05-02 00:00:00
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Zəngilan rayonu Ağalı kəndi sakinlərinin bilik və bacarıqlarının artırılması və innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə keçirilən təlimlərə yekun vurulmuşdur. Fermerlərə 11 modul üzrə 12-i onlayn, 26-ı əyani olmaqla, ümumilikdə 38 təlim keçirilmişdir. Təlimləri müvəffəqiyyətlə başa vurmuş şəxslərə sertifikatlar təqdim olunmuşdur. Bundan əlavə olaraq Aqrar Təlim Mərkəzinin əməkdaşı Türkiyə Respublikasının “Sapmaz Havacılık ve İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən “Kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının istifadəsinə dair” onlayn və əyani şəkildə keçirilən çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə təlimlərdə iştirak edərək dron sürücülük vəsiqəsi əldə etmişdir.
Həmçinin Zəngilan rayonunun Ağalı kəndində Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi Aqrar Biznes Festivalında Aqrar Xidmətlər Agentliyi üçün ayrılmış stenddə Aqrar Təlim Mərkəzinə aid buklet, broşür və tövsiyə kitabçaları sərgilənmiş, tədbir iştirakçılarına, eləcədə kənd sakinlərinə mərkəzin funksional fəaliyyəti haqqında ətraflı məlumatlar verilmişdir.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır