Mərkəzi Asiya və Qafqaz üzrə Balıqçılıq və Akvakultura Komissiyasının Texniki Məsləhət Komitəsinin yeddinci iclası keçirilir
2025-05-14 00:00:00
13–15 may 2025-ci il tarixlərində Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Asiya və Qafqaz üzrə Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) Texniki Məsləhət Komitəsinin (TAC) yeddinci iclası keçirilir. Tədbirdə region ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, qeyri-hökumət qurumları, sahə üzrə mütəxəsislər və özəl sektor təmsilçiləri iştirak etdilər.
Tədbirdə son dövlərlərdə ölkədə balıqçılıq və akvakultura sahəsində aparılan institusional islahatlar və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlinin tabeliliyində yeni yaradılmış Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi Şəxsin fəaliyyəti barədə məlumatlar verilmiş, mərkəzin dayanıqlı idarəetmə üzrə hədəfləri region ölkələrinin nümayəndələri ilə bölüşülmüşdür.
Üç gün davam edəcək iclas müddətində FAO tərəfindən qəbul olunmuş Dayanıqlı Akvakultura üzrə Qlobal Təlimatların (GSA) təqdimatı və tətbiq yolları, Akvakulturada zonalaşdırma və sahə seçimi ilə bağlı beynəlxalq tövsiyələrin müzakirəsi, Balıqçılıq alətləri və balıq ovu üzrə üzrə məlumat təhlili informasiya sisteminin yaradılması istiqamətində görülən işlər, CACFish-in 2025–2027-ci illər üzrə intersessiya iş planının ilkin layihəsi, region ölkələrinin milli hesabatları və cari fəaliyyətləri üzrə təcrübə mübadiləsi mövzular üzrə müzakirələr aparılır. Həmçinin tədbir çərçivəsində iştirakçılar tərəfindən texniki və elmi tövsiyələr formalaşdırılır və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir.
Tədbir çərçivəsində iştirakçılar Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təşkil olunan panel müzakirələrdə iştirak edərək regional əməkdaşlıq, ölkədə özəl sektorda akvakultura sahəsində görülən işlər barəsində müzakirələr aparacaq və balıqçılıq və kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalarla tanış olacaqlar.
Qeyd edək ki, keçirilən tədbir regional əməkdaşlığın gücləndirilməsi, su bioresurslarının davamlı istifadəsi və elmi əsaslı qərarların qəbuluna töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır