Heyvanlar yaylaqlara köçürülməzdən əvvəl çimizdirilməlidir – Fermerlərə vacib tövsiyə
2025-05-26 00:00:00
Mövsümlə əlaqədar (havalar istiləşdikcə) heyvanların yaylaqlara köç etməsi zərurəti yaranır. Odur ki, heyvandarlıqla məşğul olan fermerlərə heyvanları yaylaqlara köçürülmədən əvvəl qansoran həşərat və gənələrə qarşı çimizdirilməsi üçün rayonlarda fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinə müraciət etmələri tövsiyə edilir.
Bu məqsədlə Göygöl rayonunda yerləşən məntəqədə də heyvanların qansoran həşərat və gənələrə qarşı çimizdirilməsi davam edir. Fermerlərin müraciəti əsasında rayon ərazisində yaylaqlara köçürüləcək xırda və iribuynuzlu heyvanlar Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin mütəxəssislərinin nəzarəti altında çimizdirilir və hazırda tədbirlər davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlərə tövsiyə edilir:
- yaylaqlara köçürüləcək heyvanlar əvvəlcə baytar həkimi tərəfindən kliniki müayinədən keçirilməlidir;
- lazımi baytarlıq - sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;
- heyvanların çimizdirilməsi aparılan zaman mütləq şəkildə baytar həkiminin iştirakı, nəzarəti, göstərişi və tövsiyəsi ilə qansoran həşərat və gənələrə qarşı profilaktik tədbirlərin aparılması məqsədəuyğundur.
Bildiririk ki, Respublikanın 12 rayonunda (Ağcabədi, Ağstafa, Beyləqan, Goranboy, Göygöl, İmişli, İsmayıllı, Qazax, Samux, Şəki, Şəmkir və Tovuz ) müasir standartlara uyğun qırxım və çimizdirilmə məntəqələri fəaliyyət göstərir ki, burada da qoyunların təhlükəsiz qaydada qırxımı və çimizdirilməsi mütəxəssis nəzarəti altında həyata keçirilir. Aqrar Xidmətlər Agentliyi (AXA) fermerlərə qoyunların yaylağa köçürülmədən öncə qeyd olunan məntəqələrdə qırxılmasını və çimizdirilməsini tövsiyə edir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır